23 C
Baku
28 May 2023 / 23:12

Züqanov: “Heydər Əliyev nadir idarəçilik istedadı nümayiş etdirdi”

“Sovet dövründə Qorbaçov hakimiyyətə gələndən sonra qısa zamanda bütün rəqiblərindən qurtulmağa başladı. Heydər Əliyev isə daha güclü idi. Milli faciə baş verəndə, ölkə parçalanmağa başlayanda, hamı öz cibinin xeyrini güdəndə Heydər Əliyev iradə və xarakter nümayiş etdirdi, ölkəyə rəhbərlik etdi və nadir idarəçilik istedadı göstərdi”.

“legitim”az Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gennadi Züqanov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli qəbulda deyib.

G.Züqanov qeyd edib ki, Heydər Əliyev ən effektiv böhran idarəçisi olub: “Belə səbəbkarla fəxr etməlisiniz, bəxtiniz gətirib”.

Partiya rəhbəri Bakı ilə bağlı təəssüratlarından da danışıb: “Şəhər və respublika məndə çox parlaq təəssürat yaratdı. Bakının necə bacarıqla və ağıllı şəkildə salınmasına sevindim. Dünyanın heç bir yerində belə sahilyanı yer yoxdur. Siz dənizi, şəhəri, çimərliyi və yaxşı şəraiti birləşdirməyi bacarmısınız”.

Related posts

“İran Xankəndiyə qanunsuz yüklər aparmaqdan əl çəkən deyil” – İranlı səfir

Arif Turan

Kembric Universitetində Azərbaycanın regionumuzda aparıcı rolu müzakirə olunub (FOTO)

Arif Turan

İlin sonuna qədər sülh sazişi imzalanmalıdır” – Paşinyan

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq