12 C
Baku
12 May 2021 / 07:15

Zaqatalada doğuş sonrası körpənin ölümündə həkim səhlənkarlığı olduğu iddia edilir

Zaqatala rayonunda yeni doğulan körpə ölüb.

Legitim.az Apa-ya istinadən xəbər verir ki, rayonun Qımır kənd sakini, 1988-ci il təvəllüdlü Rəvanə Xəlilova üçüncü uşaq dünyaya gətirmək üçün aprelin 30-da Zaqatala rayon Mərkəzi xəstəxanasının doğum şöbəsinə daxil olub.

Qadının həyat yoldaşı Fərman Xəlilovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, R.Xəlilova xəstəxanaya daxil olduqdan bir gün sonra, mayın 1- təbii yolla oğlan uşağı dünyaya gətirib. Doğuşdan sonra həkimlər uşağın səhhətində problem olduğunu bildiriblər. Körpənin Şəki Regional Perinatal Mərkəzinə köçürülməsinə qərar verilib. Körpə mayın 2-si axşam saatlarında Şəki Regional Perinatal Mərkəzində ölüb.

Xəlilov övladının ölümündə Zaqatala rayon Mərkəzi xəstəxanasının doğum şöbəsinin həkimi Sədaqət Şəfiyevanı günahlandırır. Atanın sözlərinə görə, həkim doğuş zamanı körpənin başını zədələyib.

Doğuşu qəbul edən həkim S. Şəviyeva APA-nın yerli börosuna bildirib ki, doğuş zamanı uşağın baş nahiyəsinə heç bir zədə yetirilməyib. Doğuş zamanı ciftdə duyün olduğu məlum olub.

İlkin ehtimala görə, uşağın ölümünə bu səbəb olub.

Related posts

Gələn ilin bayram günləri açıqlandı -BAŞ NAZİR İMZALADI

Arif Turan

AMB sədri: “Əminik ki, manatın bütün ərazimizdə işləməsi təmin olunacaq”

Arif Turan

DİN-dən komendant saatı ilə bağlı MÜRACİƏT

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq