20 C
Baku
22 May 2022 / 17:25

Zakir Həsənov Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi ilə görüşdü – FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Legitim.az Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, nazir qonaqları salamlayaraq dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin hər iki ölkə arasında əməkdaşlığa böyük töhfə verdiyini xüsusi vurğulayıb.

Z.Həsənov ölkələrimiz arasında digər istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Nazir bu münasibətlərin regionda sülhün, təhlükəsizliyin və əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyini deyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən cənab S.Hacımüftüoğlu qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf perspektivləri, habelə maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Related posts

MN: Düşmənin xeyli sayda hərbi texnikası məhv edilib və ələ keçirilib – VİDEO

Arif Turan

İlham Əliyev Rusiyanın Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – YENİLƏNİB + FOTO

Legitim Legitim

Çavuşoğlu Ermənistanla sərhədlərin açılması ilə bağlı Türkiyənin şərtini açıqlayıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq