29 C
Baku
01 İyul 2022 / 18:25

Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başladı

Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb.

Legitim.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan qazının Komotini-Stara Zaqora kəməri ilə Yunanıstandan Bolqarıstana sınaq nəqlinə bu gün başlanılıb, sınaq işləri ayın sonunadək davam edəcək.

2022-ci il iyulun 1-dən razılaşdırılmış 1 milyard kubmetr həcmində tədarüklərə başlanacağı gözlənilir.

Qeyd edək ki, Komotinidəki boru kəməri və Aleksandrupolis yaxınlığındakı terminal Bolqarıstan və region ölkələrinə Cənub Qaz Dəhlizindən qaz almağa imkan verəcək.

Xatırladaq ki, apreldə Rusiyanın “Qazprom” şirkəti Bolqarıstana qaz nəqlini dayandırdığını bəyan edib, çünki Bolqarıstan tərəfi onun şərtləri ilə tədarük haqqını ödəməkdən imtina edib.

Related posts

Hər il ölkədən benzinə görə 100 milyon manat çıxarılır

Arif Turan

Pərviz Şahbazov: “Qaradağ” GES BƏƏ ilə “yaşıl enerji” əməkdaşlığımızın başlanğıcıdır”

Legitim Legitim

DTX-nin avtomobilləri satışa çıxarılır

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq