Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun nazir postuna gətiriləcəyi gözlənilsə də görünən o oldu ki, bu təyinat Poladovun ürəyində qaldı.
Legitim.az xəbər verir ki, Səhiyyə Nazirliyinin “boz kordinal”ı kimi tanınan Gülmirzə Poladov ictimaətə o qədər də yad bir şəxs deyil. Sözügedən şəxsin adı vaxtdan-vaxta bir sıra qanunsuzluqlarda hallanır.
Azərbaycan tibb sisteminə yetərincə zərər vurmuş Poladov bütün bunlara rəğmən öz postunu hər zaman qoruyub saxlamışdır. Səhiyyə nazirinin vəzifədən azad olunmasından sonra Poladovun yeni səhiyyə naziri olacağı gözlənilirdi. Amma, gedən proseslər onu göstərdi ki, gözlənilən olmadı.
Təəsüflər olsun ki, adı xoş olmayan hadisələrdə hallanan Poladavun fəaliyyəti diqqətdən kənarda qalmaqdadır.