12 C
Baku
12 May 2021 / 06:45

Yeltsinin zəhləsi gedən, Çernomırdinin xoşu gələn həkim –Güllələnən Neçayevin qatilləri tutulmayıb

27 aprel 1996-cı ildə həkim-kardioloq Dmitri Neçayevin qətlə yetirilməsi təkcə Rusiya mətbuatında yox, Qərbin aparıcı kütləvi informasiya vasitələrində də əsas xəbər başlığına cevrilib: “Rusiya Federasiyasının baş naziri Viktor Çernomırdinin şəxsi həkimi güllələnib”.

Sözsüz ki, bu qətl hadisəsində siyasi motiv axtaranlar çox olub. Amma nə istintaq, nə müstəqil ekspertlər Neçayevin öldürülməsi səbəbini aşkar edə bilməyiblər. Heç qətli törədənləri də tutmaq mümkün olmayıb.

Dmirri Neçayev 1996-cı il aprelin 27-dən 28-ə keçən gecə saat 01.15 dəqiqədə Miçurin prospektindəki binanın qarşısında naməlum şəxslər tərəfindən güllələnib. O, həyat yoldaşı ilə birgə xidməti “Volvo” avtomobili ilə ziyafətdən evinə qayıdarkən qətlə yetirilib. Həkim əvvəlcə həyat yoldaşını binanın giriş qapısına ötürüb, sonra maşında qalan gül buketini götürmək üçün yenidən avtomobilə yaxınlaşıb. Arxa qapını açıb içəri boylananda “TT” markalı tapançadan onun baş nahiyəsinə iki atəş açılıb.

554354543453.jpg (106 KB)

Həkimin həyat yoldaşı və sürücüsü onu arxa oturacağa uzandıraraq yaxınlıqdakı klinikaya çatdırıblar. Amma həkimlər onu xilas edə bilməyiblər, Neçayev əməliyyat stolunda vəfat edib.

Milislər və əməliyyatçılar dərhal hadisə yerinə gəliblər. Araşdırma nəticəsində və yaxınlıqdakı avtomobil dayanacağının mühafizəçilərinin söylədiyinə görə, cinayətkar ağ rəngli “VAZ -2105” markalı avtobillə ərazini tərk edib. Amma maşının nömrəsini mühafizəçi heç cür xatırlaya bilməyib. Daha doğrusu, gecə vaxtı olduğundan nömrələr görünməyib.

Hadisədən 15-20 dəqiqə keçməsinə baxmayaraq, əməliyyat-axtarış qrupu nə maşının, nə də cinayətkarların izlərinə isti-isti düşə bilməyiblər. Bəlkə də hansısa səbəblərdən bunu özləri istəməyiblər.
İstintaq zamanı Dmitri Neçayevin bütün xidməti fəaliyyəti və xidmətdən kənar məşğuliyyətləri araşdırılıb. Heç bir şübhəli məqam aşkar olunmayıb. Dmitri Neçayevin heç bir biznes fəaliyyəti, mübahisəli pul məsələsi olmayıb.

загружено.jpg (60 KB)

 

İstintaqın bu nəticələri qətl hadisəsinin açılmasında böyük çətinliklər yaradıb. Amma müvafiq qurumlar bu bağlı qalan düyünləri açmaq həvəsində olmayıblar, buna çox da cəhd etməyiblər.

Açılmış cinayət işinə bu cür etinasız yanaşma Dmitri Neçayevin həmkarlarını, doğmalarını daha yuxarı instansiyalara müraciət etməyə məcbur edib. Yuxarılarda da məsələyə eyni münasibət göstərilib.
İstintaq zamanı Çernomırdin şəxsi həkimi haqqında yalnız yüksək fikirlər söyləyib və həmişə ondan razı qaldığını bildirib.

Neçayevin müəmmalı qətli haqqında ortaya fərqli versiyalar çıxıb. Hətta onun Boris Yeltsinin sifarişi ilə öldürülməsi fikirləri də səsləndirilib. Belə ki, Neçayev əvvəllər, hələ Boris Yeltsin hakimiyyətə gəlməmişdən əvvəl onun şəxsi kardioloqu olub. Yeltsin SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvü olanda 1987-ci ilin 21 oktyabrında Mərkəzi Komitənin plenumunda çıxışı planlaşdırılıb. Həmin gün o, özünü çox pis hiss edib. Amma bu çıxış vacib sayıldığından plenumdan əvvəl Neçayevi çağırıblar ki, müvəqqəti də olsa Yeltsinin sağlamlığındakı problemi aradan qaldırsın. Plenumdan əvvəl Neçayev Yeltsinə iynə vurub və bir neçə həb verib. Bu dərman təyinatı Yeltsini pis vəziyyətə salıb. Yeltsinin baş mühafizəçisi Aleksandr Korjakov sonralar yazdığı xatirələrində həmin günü belə xatırlayıb:

1311639.jpg (92 KB)

“Plenum günü səhər saatlarında Yeltsin özünü çox narahat hiss edirdi. Ürək ağrıları ona əziyyət verirdi. Düşündük ki, belə vəziyyətdə onun plenumda iştirakı yolverilməzdir. Onu da bilirdik ki, plenumda mübahisəli məsələlərdən yaranan gərginlik də Yeltsinə çox mənfi təsir göstərəcək. Ancaq o, bununla razılaşmadı. Qərara gəldik ki, həkimi dəvət edək. Dmitri Neçayev gəldi, müayinə apardı, bir iynə vurdu və bir neçə həb verdi. Biz plenuma getdik. Yeltsin plenumu yarımçıq tərk etdi. Neçayev Yeltsinin bədəninə elə böyük bir doza yeritmişdi ki, Yeltsinin beynində tam qapanma, tormozlanma baş vermişdi. Mən onu maşına qucağımda apardım. Bu hadisədən sonra Neçayevi ailədən uzaqlaşdırdıq…”

Bu hadisədən bir il sonra, 1988-ci ildə Viktor Çernomırdinin ürəyində problemlər yarananda ailə həkimi ona kardioloqa müraciət etməyi vacib sayıb və Dmitri Neçayevi yaxşı kardioloq kimi məsləhət görüb. Neçayev Çernomırdini müayinə etdikdən sonra təxirə salmadan aorta-koronar şuntlama əməliyyatının keçirilməsini zəruri sayıb. Çernomırdin Neçayevlə razılaşıb. Əməliyyat uğurla sona çatıb. Bundan sonra Neçayev Çernomırdinin şəxsi həkimi olub.

LB9B9303.jpg (58 KB)

Bir neçə ildən sonra Çernomırdin Soçidə istirahətdə olarkən müalicə alanda Neçayev də öz vəzifə borcunu yerinə yetirərək onun yanında olub. İstirahət günlərinin birində Cernomırdinlə Neçayev dövlət bağında gəzinti zamanı Boris Yeltsin və həyat yoldaşı Naina İosifovna ilə üzləşiblər. Bu təsadüfi görüşdə Yeltsin Çernomırdinə Neçayev haqqında yalnız bir ifadə söyləyib: “O, sonuncu yaramaz və əclafdır”.
Çernomırdin Yeltsinə bildirib ki, o, Neçayevin əvvəllər onun həkimi olduğundan xəbərsiz olub. Bu görüşdən sonra Çernomırdin Neçayevi özündən uzaqlaşdırmayıb. Neçayev əvvəlki kimi onun şəxsi həkimi qalıb. Amma bu da uzun çəkməyib. Neçayev qətlə yetirilib.

Beləliklə, iki yüksək ranqlı dövlət məmurunun şəxsi həkimi olan Neçayevin qətlilinin icraçısının və sifarişçisinin kim olduğu açılmayıb. (musavat.com)

Related posts

DNK testinin cavabı məlum oldu – “Tapılan sümük qalıqları Müşfiqə aiddir”

Arif Turan

Humanizmdən dəm vurub faşizmə yuvarlanan ölkə

Arif Turan

QƏRBİ HUN İMPERATORLUĞU

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq