23 C
Baku
28 May 2023 / 23:37

Xırdalanda tikinti şirkətindən 20 min manatlıq oğurluq

Xırdalanda tikinti şirkətindən 20 000 manatlıq inşaat materialları oğurlanıb.

Bu barədə LEGİTİM.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 20 000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Aqil Nağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Related posts

Selçuk Bayraktar: “Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik”

Arif Turan

Prezidentin köməkçisi: “Münaqişənin həlli prosesinə Ermənistan qoşunlarının işğal olunmuş əraziləri tərk etməsi ilə başlana bilər”

Arif Turan

Zod qızıl yatağı qarşısındakı qapı Azərbaycan bayrağının rənglərinə boyandı – VİDEO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq