27 C
Baku
14 İyun 2021 / 12:56

“WhatsApp”dan daha bir YENİLİK

“Android” sisteminin idarəetməsi altında işləyən qurğularda “WhatsApp” messencerinin istifadəçiləri “fləş zəng”lərin köməyi ilə öz hesablarına daxil olmaq imkanı əldə edəcəklər.

Legitim.az “ICTnews”a istinadən xəbər verir ki, indi messencerdə hesaba giriş üçün SMS şifrlərdən (smartfona birdəfəlik istifadə üçün kod göndərilir) istifadə olunur.

Yeni funksiyanın istifadəyə verilməsi nəticəsində isə telefona gələcək zəngə cavab verməyə ehtiyac yoxdur, proqram özü hər şeyi edəcək. Bunun üçün mobil tətbiqetmə çağırışların tarixçəsinə giriş tələb olunacaq.

Qeyd edək ki, yeniləmə “iOS” platformasında əlçatan olmayacaq, çünki messencer bu əməliyyat sistemində zənglərin siyahısına giriş əldə edə bilmir.

Related posts

Suqovuşanın suyundan səmərəli istifadə məqsədilə tender keçiriləcək

Arif Turan

AMEA-da yeni təyinatlar olub

Arif Turan

Azərbaycanlı aktrisa taksi sürür – VİDEO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq