9 C
Baku
30 Mart 2023 / 16:12

Vilayət Eyvazovdan Səhlab Bağırovun yerinə təyinat – ÖZƏL

Əlahiddə Çevik Polis Alayına yeni komandir təyin edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Ramil Piriyev təyin edilib.

Məlumatı Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev təsdiq edib.

Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının sabiq komandiri polis general-mayoru Səhlab Bağırov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

Könül Cəfərli

Related posts

Gədəbəydə qadına əzab verən şəxs apellyasiya şikayəti verib

Arif Turan

MTN generalı Şıxəliyev: Mahmudova “şef”, Allaha “sən” deyirdi…

Arif Turan

Həbsdən azad olunan MTN polkovniki yenidən məsuliyyətə cəlb olundu

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq