29 C
Baku
01 İyul 2022 / 18:54

Vətəndaşların NƏZƏRİNƏ: Bazar günü təbiət qoynunda pulsuz istirahət etmək imkanı var

Sabah milli parklarda “açıq qapı” günü keçiriləcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar mayın 22-də Azərbaycanın milli parklarında “açıq qapı” günü təşkil olunacaq.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, planetin bioloji irsinin mühafizəsi sahəsində dünya ölkələrinin əlaqələndirilmiş şəkildə fəaliyyətinin həyata keçirilməsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub və həmin ildən etibarən hər il 22 may tarixi ölkəmizdə də Beynəlxalq Biomüxtəliflik Günü kimi qeyd olunur.

 

Related posts

Yaxın günlərdə müşahidə olunacaq hava şəraiti açıqlandı

Arif Turan

İstirahət günü 30 dərəcə isti olacaq

Arif Turan

Sabahın hava proqnozu AÇIQLANDI

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq