4 C
Baku
04 Dekabr 2022 / 13:22

Vətəndaşların kartlarından pul oğurlayan şəxs ƏLƏ KEÇDİ

Salyan rayonunda vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından pul oğurlayan şəxs saxlanılıb.

Araşdırmalarla onun rayon sakini Akif İbrahimov olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu bildirib.
İstintaq zamanı məlum olub ki, A.İbrahimov rayon ərazisində yerləşən bankomatların qarşısında dayanaraq əvvəlcə ondan kömək istəyən şəxslərin kart məlumatlarını əldə edib, daha sonra isə zərərçəkənlərə kartlarında pul olmadığını bildirib. Zərərçəkmişlər oradan uzaqlaşdıqdan sonra isə həmin kart məlumatlarını öz mobil telefonuna əlavə edərək, kartların balansında olan pul vəsaitlərini istifadəsində olan başqa bir karta köçürərək vətəndaşların pullarını ələ keçirib.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları Akif İbrahimovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin Salyan RPŞ-nə müraciət etmələri xahiş olunur.

Related posts

Bərdədə yol qəzasında 2 nəfər ölüb, bir ailənin 3 üzvü ağır xəsarət alıb

Arif Turan

Metroya çəkiclə girən şəxs saxlanıldı – Cinayət işi başladıldı

Arif Turan

Azərbaycanlı “qanuni oğru” öldürüldü – VİDEO – SON XƏBƏR

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq