23 C
Baku
29 Sentyabr 2022 / 12:15

Ucarda 30 yaşlı kişi məhkəmənin qarşısında intihara cəhd edib

Ucar rayon sakini özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar Rayon Məhkəməsinin binası qarşısında baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Nicat Qüdrət oğlu Cəfərov intihar etmək məqsədi ilə qolunun damarlarını doğrayıb. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Nicat Cəfərova zəruri tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. Nicat Cəfərovun hansı səbəbdən intihara cəhd etdiyi hələlik məlum deyil.

Related posts

İranda “Instagram” bloklandı

Arif Turan

Şəmkir sakini intihar edib

Arif Turan

Türkiyədə turist avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 35 yaralı var – YENİLƏNİB + FOTO/VİDEO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq