23 C
Baku
29 Sentyabr 2022 / 12:07

Üç erməni silahlısı Zəngilandakı postumuza hücum edib

Zəngilan istiqamətində kiçik sərhəd hadisəsi baş verib.

Legitim.Az “Caliber”ə istinadən xəbər verir ki, üç erməni silahlısı göstərilən istiqamətdə postlarımızdan birinə hücum edib. Sərhədçilərimizin xəbərdarlıq atəşindən sonra onlar mövqeyimizi atəşə tutublar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin cavab atəşi nəticəsində hücum edənlərdən biri yaralanıb.

Erməni tərəfi hərbi kanallar vasitəsilə hadisəyə görə üzr istəyib, həmin şəxslərin sərxoş vəziyyətdə olduğunu və belə bir hadisənin komandanlıqla heç bir şəkildə razılaşdırılmadığını qeyd edib.

İnsident aradan qaldırılıb, hazırda sərhəd bölgəsində vəziyyət sakitdir.

Related posts

İlham Əliyevin təşəbbüsü ilə metronun yeni stansiyası “8 Noyabr” adlanacaq

Arif Turan

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

Arif Turan

İtkin erməni hərbçilərin ailələrinə qarşı iyrənc cinayət – Ermənistanda sensasiyalı olay

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq