4 C
Baku
04 Dekabr 2022 / 13:00

Türkiyənin Milli Təhlükəsizlik Şurası Ermənistana çağırış etdi – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri pislənilib.

Bu barədə toplantıdan sonra Şura tərəfindən yayılan bəyanatda bildirilib.

“Ermənistan administrasiyasına ona verilən sülh fürsətindən istifadə etmək və bütün müqavilə öhdəliklərini yerinə yetirmək məsuliyyəti xatırladılıb.

Davamlı sülhə nail olmaq üçün böyük səylər göstərən Azərbaycana güclü dəstək təsdiqlənib. Başda region dövlətləri olmaqla, məsələyə qarışan bütün aktorların fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, davamlı həllə səmimi şəkildə töhfə verməli olduqları vurğulanıb”, – sənəddə qeyd olunub.

Related posts

İran polisi Zahidanda 7 uşağı GÜLLƏLƏDİ – FOTO

Arif Turan

İsrail ordusu Dəməşq yaxınlığında İranın dron zavoduna aviazərbə endirdi – FOTO

Arif Turan

İsrailin baş naziri seçkilərdəki məğlubiyyətdən sonra müxalifətə keçir

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq