20 C
Baku
22 May 2022 / 17:39

Türkiyənin məşhur universitetinin akademikləri Milli Aviasiya Akademiyasında – FOTOLAR

Milli Aviasiya Akademiyasının rektoru Akademik Arif Mir Cəlal oğlu Paşayevin dəvəti ilə 08-11 may 2022-ci il tarixlərində Türkiyə Respublikasının Dokuz Eylül Üniversitesinin Hukuk fakültesinin Uluslararası Hukuk bölüm başkanı Doç. Dr. Ali Bal ve Ceza ve ceza muhakemesi bölüm başkanı Doç. Dr. Koray Doğan Milli Aviasiya Akademiyasında rəsmi səfərdə olmuşdur.

Legitim.az xəbər verir ki, rəsmi səfər çərçivəsində qonaqlar Milli Aviasiya Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan tələbələri, magistr və doktorantları ilə görüşmüşdür. Görüş zamanı cinayət və cinayət prosesi, beynəlxalq hüquq və hava hüququ fənnləri təqdimatla tədris edilərək tələbələrin sualları qonaqlar
tərəfindən cavablandırılmışdır.

Sonda Hüquq Kafedrası müəllimləri ilə qonaqlar dəyirmi masa ətrafında görüşmüşdür. Görüşdə hər iki ölkənin hüquq sisteminin nəzəri və təcrübi cəhətlərinin müqayisəli təhlili aparılmışdır.

Related posts

“METRO AÇILMAYACAQ, TOYLARA İCAZƏ VERİLMƏYƏCƏK…” – Deputat Operativ Qərargahı tənqid etdi

Arif Turan

Xaricdə təhsil alan və diplomu tanınanlar üçün kadr bankı yaradılıb

Arif Turan

Sabahın hava proqnozu

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq