23 C
Baku
29 May 2023 / 00:01

Türkiyədə vilayəti su basdı – FOTO

Türkiyənin Osmaniyə vilayətində fırtına və leysan yağışları səbəbindən evləri, iş yerlərini və yeraltı keçidləri su basıb.

Küçə və prospektlər su ilə dolduğu üçün sürücülər çətin anlar yaşayıb, bəzi nəqliyyat vasitələri yolda qalıb.

Sel səbəbi ilə hərəkətin dayandırıldığı Dövlət Baxçalı yeraltı keçidinə daxil olan mikroavtobus buradan çıxa bilməyib.

Hadisə yerinə gələn xilasedicilər nəqliyyat vasitəsində olan şəxsləri avtomobildən xilas ediblər, mikroavtobus isə kəndir vasitəsilə sudan çıxarılıb.

Mənbə: Anadolu

Related posts

Bakı – Quba yolunda baş vermiş qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Arif Turan

Füzulidə minatəmizləmə şirkətinin əməkdaşları minaya düşdülər

Arif Turan

Dənizdə bir gün çarəsiz qalan Lənkəran sakini xilas edildi – FOTO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq