11 C
Baku
30 Mart 2023 / 15:03

Transmilli korporasiya müharibənin beynəlxalq sponsorları siyahısına daxil edildi

Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentlik Amerikanın “Procter & Gamble” transmilli korporasiyasını müharibənin beynəlxalq sponsorları siyahısına daxil edib.

Bu barədə agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət Rusiyada fəaliyyət göstərməyə və vergi ödəməyə davam edir ki, bu da həmçinin Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsinə sərf olunur.

“Müharibəyə baxmayaraq, “P&G” Rusiya bazarını tərk etməyib. Rusiya Federasiyasında iki “P&G” zavodu fəaliyyət göstərir: Sankt-Peterburqda “Gillette” ülgüc zavodu və Tula vilayətində təmizlik məmulatları istehsalı zavodu Rusiya büdcəsinə daxilolmalara töhfə verir. Bu da Rusiyanın hərbi cinayətlərinin maliyyələşdirilməsinə dəstəkdir”, – deyə məlumatda qeyd edilir.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentlikdən həmçinin əlavə edilib ki, 2021-ci ildə “P&G” Rusiya büdcəsinə vergilər və digər ödənişlər şəklində təxminən 5,2 milyon dollar ödəyib. Eyni zamanda şirkət 2,5 minə yaxın rusiyalını işlə təmin edir.

“Yeni Rusiya qanunvericiliyinə uyğun olaraq, Rusiyada qalmaqla “P&G” səfərbərlik prosesində iştirak etməyə, öz personalının orduya çağırılmasına və bu ölkənin hərbi texnikasını maliyyələşdirməyə razıdır”, – deyə agentlikdən vurğulanıb.

Mənbə: UNIAN

Related posts

Bu gündən özəl sektorda və digər sahələrdə çalışanların sayının 30 faizədək azaldılması tövsiyə olunub

Arif Turan

Ağstafanın sabiq icra başçısının istintaqı başa çatdı, məhkəmə başlayır

Arif Turan

“Azərbaycan tərəfinin hücum cəhdi olmayıb” – RƏSMİ

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq