3 C
Baku
07 Fevral 2023 / 08:19

Texniki baxış mərkəzləri 24 saatlıq rejimə keçib – DYP

Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərində 25.11.2022-ci il tarixdən etibarən 24 saat fasiləsiz iş rejimi tətbiq edilib.

Legitim.az BDYPİ-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, xidmətin fasiləsiz təşkili ilə Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, habelə gündüz saatlarında sərnişin daşıması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb.

Eyni zamanda xidmətin fasiləsiz təşkilinin Paytaxt ərazisində tıxacların qarşısının alınmasına da töhfə verəcəyi gözlənilir.

Xatırladaq ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilər.

Related posts

“Qoç Ət” restoranı cərimələnib – SİYAHI

Arif Turan

CDQ: Qlobal enerji təhlükəsizliyinə mühüm töhfə – TƏHLİL

Arif Turan

DİM sədri: “Buraxılış və qəbul imtahanlarının tarixlərini yanvarın 18-dən sonra demək mümkündür”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq