“Rome”, “Vikings”, “Dexter”, “Star Wars” kimi seriallarda rol alan məşhur aktyor Rey Stivenson vəfat edib.
Legitim.az xəbər verir ki, “Cassino in Ischia” filmi üçün İtaliyada olan 58 yaşlı aktyorun qəfildən halı pisləşib və xəstəxanaya yerləşdirilib. Rey müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib. İki gün sonra onun ad günü idi. Sağ qalsaydı, 59 yaşı olacaqdı.
Aktyorun ölüm səbəbi hələ ki açıqlanmayıb.
Rey Stivenson 1964-cü il mayın 25-də Şimali İrlandiyada doğulub. 8 yaşında ailəsi ilə birlikdə Londona köçüb. O, Con Malkoviçi izlədikdən sonra aktyor olmaq qərarına gəlib. Rey 2004-cü ildə ekranlara gələn “King Arthur” filmi ilə məşhurluğun zirvəsinə çatıb.