24 C
Baku
14 İyun 2021 / 12:24

Sumqayıt İcra Hakimiyyətindən 65 minlik şübhəli müqavilə – Niyə bu şirkət?

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin Tağıyev qəsəbəsi üzrə nümayəndəliyi “Start UP” MMC ilə toplam maliyyə dəyəri 65 649.3 AZN olan iki müqavilə imzalayıb.
Legitim.az Hit.az-a istinadən xəbər verir ki, müqavilələrin birində “sair torpaq, tikili və avadanlıqların”, digərində isə “yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin” alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Start UP” MMC 7 iyul 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 54, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Natiq Hüseynqulu oğludur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Şirkətin bundan əvvəl satınalma müsabiqələrində iştirakına dair də fakta rast gəlinmir. Görünür, bu şirkətin yeni yaranması ilə bağlıdır.
“Dövlət satınalmaları haqqında” Qanuna görə,  tenderdə iştirak üçün peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığın olması tələb olunur. Yeni yaranan şirkətin bu tələblərə cavab verməsi bir qədər inandırıcı görünmür.
Qeyd edək ki, Tağıyev qəsəbəsinin icra nümayəndəsi Hacıyeva Lalə Zülfü qızıdır. İnternet resursları onun haqqında neqativ materiallarla zəngindir.

Related posts

Vaksinasiya prosesinin tətbiq edilməsi üçün mütləq texniki şərtlər açıqlanıb

Arif Turan

Fiziki tərbiyə dərslərinin əyani formada keçirilməsi müvəqqəti dayandırılır

Arif Turan

Dövlət başçısı: “Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq