5 C
Baku
07 Fevral 2023 / 10:08

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yeni sədri kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Apellyasiya məhkəmələri sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında” sərəncam imzalayıb.

Legitim.az xəbər verir ki, sərəncama əsasən, Rəşad Şəmşir oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.

Rəşad Əliyev fəaliyyəti dövründə çıxardığı ədalətli qərarlarla ölkədə məhkəmə-hüquq sisteminə olan güvənin artmasına təkan verən hakimlərdən biridir. Azərbaycan məhkəmə-hüquq sistemində ədalətliliyi və obyektivliyi ilə hər zaman nümunə sayılacaq hakimlərdəndir. 2001-ci ildən günümüzə qədər hüquq sistemində çalışdığı bütün vəzifələri layiqincə yerinə yetirmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsi müddətində Rəşad Əliyev bir çox prosesdə ədaləti təmin edərək bəraət hökmü çıxarmışdır.

Qeyd edək ki, 1993 cü ildə məlum iyun qiyamı zamanı dövlət mənafeyini hər şeydən üstün tutmuş Samux rayon prokuroru şəhid Şəmşir Əliyevin oğludur Rəşad Əliyev. Şəmşir Əliyev 14.06.1993-cü ildə Samux rayon prokuroru vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar cinayətkar dəstə tərəfindən avtomat silahdan açılmış atəş nəticəsində həlak olmuşdur.

Şəmşir Əliyev

 

Related posts

Mətanət İsgəndərlinin azyaşlı nəvələri anasından necə alınıb?

Arif Turan

Bakıda 5 milyon manatı mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Arif Turan

Arvadını uşağına süd verən zaman bıçaqlayan şəxsin məhkəməsi başlayır

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq