5 C
Baku
07 Fevral 2023 / 09:38

Sosial şəbəkədə 20 Yanvar şəhidlərini söyən qadın üzr istədi

Sosial şəbəkədə 20 Yanvar şəhidlərini söyən qadın polis şöbəsinə çağırılıb.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

“TikTok” sosial şəbəkəsində xanım vətəndaşın canlı yayım zamanı 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılıb.

Keçirilən texniki-axtarış tədbirləri nəticəsində həmin şəxsin Gəncə şəhər sakini Gülnarə İsgəndərova olması müəyyən olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub. Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və bildirilib ki, 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günüdür və həmin gün şəhid olanlar bugünkü müstəqil dövlətimiz üçün edilmiş qəhrəmanlıqdır.

G.İsgəndərova ifadəsində etdiyi əməldən peşman olduğunu və bütün şəhid ailələrindən və Azərbaycan xalqından üzr isyədiyini bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Related posts

TƏBİB: Azərbaycanda mutasiyaya uğramış koronavirusa yoluxma qeydə alınmayıb

Arif Turan

“Qarabağın məşhur müəllimləri”- Soltan Hacıbəyov

Arif Turan

FHN bu tarixdə bayıra çıxmamağı tövsiyə edir

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq