9 C
Baku
30 Mart 2023 / 16:16

SOCAR və TPAO daha bir sahədə əməkdaşlıq edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Türkiyə Petrolleri” (TPAO) arasında yeni sahədə əməkdaşlıqla bağlı razılıq əldə edilib.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

“İllərdir ki, SOCAR-la TPAO arasında, xüsusilə Xəzər bölgəsində bəzi sahələrdə icra edilən ortaq layihələr var. Son həftələrdə başqa bir sahə ilə də əlaqəli görüşlər davam edirdi. Bununla bağlı bir əməkdaşlıq razılığı əldə edildi”, – deyə türkiyəli nazir əlavə edib.

F.Dönməz bildirib ki, bu yeni sahə ilə bağlı məlumatlar hər iki tərəfə təqdin olunacaq və bu məlumatlar dəyərləndiriləcək:

“Nəticələr müsbət olarsa, TPAO o sahədə də aktiv rol oynayacaq”.

Related posts

Gömrük Komitəsindən qiymətlərin süni artırılması məsələsi ilə bağlı AÇIQLAMA – VİDEO

Arif Turan

Neftin ucuzlaşması davam edir

Arif Turan

CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq