12 C
Baku
12 May 2021 / 05:20

Seymur Verdizadə: “Azərbaycanda 5-6 adam var, bütün daşların altından onlar çıxır“

“Yüksək rütbəli məmurların həbsi dövlət qurumları üzərində ictimai nəzarətin zəif olmasından xəbər verir. Təəssüf ki, vətəndaş cəmiyyəti institutları, mənim də ön sıralarında təmsil olunduğum müstəqil mətbuat rüşvətxor və korrupsioner məmurlara qarşı effektiv mübarizə apara bilmir. Əgər belə olmasaydı, biz hər gün hansısa əliəyri məmurun həbs edildiyinin  şahidi olmazdıq”.

Legitim.az xəbər verir ki, bu sözləri Yenisabah.az saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. Qeyd edib ki, ölkədə açıq cəmiyyət quruculuğunu sürətləndirməklə dövlət qurumları üzərində ictimai nəzarəti təmin etmək mümkündür.

Jurnalistin sözlərinə görə, rəsmi qurumların yanında ictimai şuraların yaradılması bu prosesə təkan verə bilər:

“Mən ictimai şuraların yaradılmasını təqdir edirəm. Amma bu proses şəffaf aparılmalıdır. Rəhbər şəxslər öz qohum-qardaşlarının, dost-tanışlarının ictimai şuralarda təmsil olunmasına can atmamalıdırlar. İctimai şuralarda sözünün kəsəri olan adamlar təmsil olunmalıdır. Bəzən biz bunun əksini müşahidə edirik. Azərbaycanda 5-6 adam var, hansı daşı qaldırırsan altından onlar çıxır. Bir adamın həm Mədəniyyət Nazirliyinin, həm də Səhiyyə Nazirliyinin yanında yaradılmış ictimai şurada təmsil olunması nə dərəcədə doğrudur? Bu eyni adamın həm koronavirusun insan orqanizminə vurduğu zərərdən, həm də muğamın mərtəbələrindən danışmağına bənzəyir. Belə hallara yol vermək olmaz”.

Related posts

Prezident İlham Əliyev Roma Papasını təbrik edib

Arif Turan

Spiker: “Ermənistanın Suriya və Livan qaçqınlarını Dağlıq Qarabağda məskunlaşdırması narahatlıq doğurur”

Arif Turan

Prezident İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq