23 C
Baku
28 May 2023 / 23:51

Sevilən türk seriallarının bir neçəsi tamaşaçılarla vidalaşır

Türkiyənin sevilən bir neçə serialı bu mövsüm tamaşaçılarla vidalaşacaq.

Bunlardan biri kifayət qədər reytinq yığa bilməyən “Ego” serialıdır. Baş rolları Alperen Duymaz və Melisa Aslı Pamukun oynadıqları serial mayın 21-dən ekranlarla vidalaşacaq.

Ən uzun müddət davam edən seriallar siyahısında olan “Yasak elma” bu mövsüm yekunlaşacaq. Şevval Sam, Eda Ece, Talat Bulut, Barış Kılıç, Nesrin Cavadzade və Berk Oktayın rol aldığı məşhur serial mayın 29-da final bölümünü yayımlayacaq.

Üç ildir ekranlarda olan “Camdakı kız” serialı ssenariyə əsasən bu mövsüm bitir. Burcu Biricik və Cihangir Ceyhanın baş rolları oynadığı serialın mayın sonunda son bölümünün çəkiləcəyi gözlənilir.

Bundan əlavə digər seriallar – “Gelsin hayat bildigi gibi”, “Güzel günler”, “Bir küçük gün işığı” da bu mövsüm final bölümlərini yayımlayacaqlar.

Mənbə: Haber Global

Related posts

Nigar Camal karantinə alınıb

Arif Turan

Azərbaycanlı məşhurlar Şuşada – VİDEO

Arif Turan

Alim Qasımovun kürəkəni həbs edilib – Evdən qızılları oğurlayıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq