5 C
Baku
07 Fevral 2023 / 10:04

Sevgilisinin qızının sevgilisini bıçaqlayan şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən Tural Həsənovun (ad və soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmünə əsasən, xuliqanlıq maddəsi ilə təqsirləndirilən şəxsə bəraət verilib. Qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə isə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2021-ci ilin dekabrında Gəncə şəhəri, Elbrus Allahverdiyev küçəsi, “Babək Servisin” yaxınlığında qeydə alınıb. Belə ki, o, hadisədən əvvəl qeyri-rəsmi münasibətdə olduğu Sənəm (şərti) və bacanağı Naillə (şərti) birlikdə yaşadığı evdə yemək yeyib. Bu zaman Sənəm qızı Günayın (şərti) İsmayıl Nəbiyev (ad və soyadı şərti) adlı şəxslə qeyri-rəsmi yaşadığını, övladının iki azyaşlı uşağını aparıb özünə təhvil vermək istədiyini deyib. Bundan sonra o, Sənəm və Naillə birlikdə Samux rayonunun İnstitut qəsəbəsinə gedib. Qadın avtomobildən düşüb gedərək qızı Günayı gətirib. Evə qayıtdıqdan sonra İsmayıl Turala zəng edib “İmamzadə” deyilən yerdə görüşmək istədiyini söyləyib və onu təhqir edib. Tural onunla Yeni Gəncədə görüşmək üçün razılaşıb və Naillə birlikdə həmin yerə gedib. Dava zamanı o, İsmayıla bir neçə bıçaq zərbəsi endirib.

Tural Həsənov isə ifadəsində bildirib ki, onlar “Dəyirman dairəsi” adlanan yerdə olarkən 5 nəfər əlində bıçaqla avtomobildən düşüb onların üzərinə gəlib. Həmin şəxslərdən biri Nailin önünə keçərək onu saxlayıb, digəri isə Turalı bıçaqla vurmaq istəyərkən bir nəfər də onun önünə keçib mane olmaq istəyib. Turalın dediyinə görə, o, qaçarkən ayağı ilişib yıxılıb. Sonra İsmayıl ona iki dəfə bıçaqla xəsarət yetirib. Bundan başqa o, ifadəsində İsmayılla görüşə gedərkən üzərində bıçaq götürdüyünü, lakin dava zamanı bıçağı çıxara bilmədiyini, həmin şəxsin özünün yanında gələn şəxslərdən birinin vurduğunu, amma kimin vurduğunu görmədiyini, eyni zamanda, hadisə baş verən vaxt ətrafda heç kimin olmadığını bildirib.

Qeyd: Tural Həsənov əvvəllər məhkumluq həyatı yaşayıb.

Related posts

Bakıda “Kalaşnikov” satan SAXLANILDI – VİDEO

Arif Turan

Kubinka”da narkotik satan səkkiz nəfər tutulub – FOTO/VİDEO

Arif Turan

Qazax şahmat məktəbinin sabiq direktoru barəsində cinayət işi başlanıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq