20 C
Baku
22 May 2022 / 18:39

“Şamaxı” və “Neftçi”nin futbolçusu cəzalandı

AFFA İntizam Komitəsi (İK) “Şamaxı”nın futbolçusu Franko Floresi bir oyunluq cəzalandırıb.

Legitim.az xəbər verir ki, buna 29 yaşlı müdafiəçinin Premyer Liqanın XXIV turunda “Sabah”a 1:5 hesabı ilə uduzduqları oyunda qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.

Rəqibi aşkar qol imkanından məhrum edən argentinalı oyunçu klubunu 200 manat ziyana salıb.

İK “Neftçi”nin oyunçusu Ömər Buludova da eyni cəzanı verib. 24 yaşlı müdafiəçi “Səbail”ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. “Ağ-qaralar” buna görə 200 manat ödəyəcək.

Related posts

Azərbaycan dünya çempionatında idmançı ilə yox, hakimlə təmsil olunacaq – FOTO

Arif Turan

“Sivassspor”un prezidentindən Azərbaycana dəstək

Arif Turan

Tokio-2020: Azərbaycan 67-ci, ABŞ 1-ci olub

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq