12 C
Baku
12 May 2021 / 07:18

Şahmatçımız erməniyə qalib gəldi

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində həlledici görüşlərə bu gün yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, artıq 3-cü yerin sahibi bəlli olub.

Bu pilləyə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yüksəlib. O, 3-cü yer uğrunda matçda ermənistanlı Levon Aronyana qalib gəlib. İlk görüşdə heç-heçə (2:2) qeydə alınsa da, cavab qarşılaşmasında qrossmeysterimiz 2,5:0,5 (1:0, 0,5:0,5, 1:0) hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, mərhələnin qalibi Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç) duelində bəlli olacaq. İlk görüşdə Nakamura 1:3 hesabı ilə uduzub.

Related posts

Teymur Rəcəbovun imtina etdiyi yarışın dəqiq bərpa vaxtı açıqlandı

Arif Turan

Futbolçusu “Beşiktaş”dan FİFA-ya şikayət edib

Arif Turan

Lionel Messi “İlin komandası”na düşməyib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq