27 C
Baku
14 İyun 2021 / 12:47

Sabir Rüstəmxanlı məmurlardan şikayətləndi: “Telefonları bizdən gizlədirlər, niyə?”

Deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki müzakirələrdə əlilliyin ləğv olunması ilə bağlı addımlardan narahatlığını ifadə edib.

O bildirib ki, qanunlarımızı beynəlxalq standartlara yaxınlaşdırarkən əhalimizin həyat səviyyəsinin də beynəlxalq standartlarına yaxınlaşdırılmasını düşünməliyik: “İnsanları niyə dövlətdən narazı salmalıdırlar? İndiyə qədər nə olub-olub. Bu gün onu ortaya çıxartmaq, 200 min insanı narazı salmaq, 90 min insanı kənarda qoymaq doğru deyil. Bir əlilin arxasında 4-5 nəfərlik ailə üzvləri dayanır, bu, 500 minlik əhali deməkdir. Bu qədər insanı narazı salmaq olmaz. Biz qanunları gözübağlı qəbul edirik, sonra da qanunlara yamaq vururuq”.

S.Rüstəmxanlı daha sonra deputatların statusu ilə bağlı qanundan seçmələr edərək bəzi fikirlərini söyləyib: “İl yarım ərzində nazirliklərin bizim müraciətlərinə necə reaksiya verdiyini müşahidə etmişəm. Millət vəkillərinin heç birinə hökumət telefon kitabçası belə verilməyib, gərək sorğu mərkəzindən soruaşsan. Telefonları bizdən gizlədirlər, niyə? Zəng vurursan, köməkçi götürür, nazirlər və komitə sədrləri götürmür. “Sizi axtaracağıq”, deyirlər, bir həftə keçir, reaksiya yox”.

Related posts

Daxili Qoşunların hərbi qulluqçuları təltif edilib – SİYAHI

Arif Turan

ABŞ İrana məxsus neft tankerini həbs edib – Tehran olayı dəniz quldurluğu adlandırır

Arif Turan

Daha iki düşmən tankı məhv edildi – VİDEO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq