3 C
Baku
07 Fevral 2023 / 08:17

Sabiq direktora Elmi Cərrahiyyə Mərkəzində VƏZİFƏ VERİLİB

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsində direktorun elmi işlər üzrə müavini vəzifəsinə Hüseynov Xanbaba Meyxoş oğlu təyin olunub.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, o, ötən gündən işə başlayıb.

Xanbaba Hüseynov 1981-1987-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika ixtisası üzrə təhsil alıb.

Daha öncə isə “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru kimi fəaliyyət göstərib.

Related posts

Marsın şimal qütbündə iqlim dəyişikliyinin izləri tapıldı

Arif Turan

Sahil Babayev: “2000 şəhid ailəsi və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilib”

Arif Turan

Ötən sutka ərzində orta məktəblərdə 4 şagird və işçi heyətin 1 üzvündə koronavirus aşkarlanıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq