23 C
Baku
28 May 2023 / 23:41

Sabahkı “El-Klassiko” okeanın o tayında baş tutacaq

Dünya futbolunun ən çox gözlənilən qarşılaşması ABŞ-ın Las-Veqas şəhərində, “Elliqant” Stadionunda keçiriləcək. 65 min tamaşaçı tutumlu arenada keçiriləcək “Real Madrid” – “Barselona” oyunu iyulun 24-də baş tutacaq.

“Barselona” La Liqanın yeni mövsümü öncəsi heyətini ciddi şəkildə gücləndirib və transfer bazarında fəaliyyətini hələ də davam etdirir. “Real Madrid”lə növbəti matçda yayda transfer olunan dördüncü oyunçu klubda debüt edəcək. Polşalı ulduz Levandovskidən başqa Frank Kessye, Andreas Kristensen və Rafinya da “Barsa”nın uğurları üçün çalışacaq.

Qeyd edək ki, onların hamısı yeni klublarının heyətində artıq ilk oyunlarını keçiriblər və komandaya ideal şəkildə qoşulublar. Belə ki, kataloniyalılar “İnter Mayami”ni 6:0 hesabı ilə məğlub ediblər.

Mənbə: Sport-express.ru

Related posts

Fatih Terimin vidalaşacağı futbolçular bəlli olub

Arif Turan

MDB Oyunları: Azərbaycan karateçiləri yarışı 9 medalla başa vurub

Arif Turan

AVRO-2020-yə ev sahibliyi hüququ Bakıdan alına bilər

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq