29 C
Baku
01 İyul 2022 / 18:50

Səlim Müslümovun səhhəti pisləşdi, xəstəxanaya köçürüldü

Həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhəti pisləşib.

Legitim.az  “qafqazinfo”ya istinadən xəbər verir ki, o, saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

S.Müslümovun müayinəsindən sonra vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, S. Müslümov 1 ildən çoxdur ki, həbsdədir. O, ötən ilin fevralında DTX tərəfindən saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.

Related posts

Azərbaycan Prezidenti: “Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir”

Arif Turan

YAP-ın QURULTAYI NİYƏ QƏFİLDƏN KEÇİRİLİR? – “200 nəfər iştirak edəcək, Prezident də qatılacaq”

Arif Turan

Bir daha gəl, gəl Samsundan…..

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq