Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Apellyasiya məhkəmələri sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında” sərəncam imzalayıb.
Legitim.az xəbər verir ki, Quliyev Nuru Nadir oğlu Gəncə Apelyasiya Məhkəməsi sədrinin müavini vəzifəsindən azad edilərək Şəki Apellyasiya Məhkəməsinin sədri vəzifəsinə təyin edilmişdir.
Nuru Quliyev Naxçıvan Dövlət Universiteti Hüquq fakültəsi məzunudur. Daha öncə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi və Gəncə Apelyasiya Məhkəməsinin hakim kimi xidmət göstərmişdir.
Qeyd edək ki, Nuru Quliyev ölkədə bəraət qərarlarını ən çox çıxaran hakimlərdən biridir. 2010-cu ildən günümüzə qədər hakimlik vəzifəsini yerinə yetirmiş Quliyev apardığı bütün məhkəmə proseslərində obyektivliyini qorumuş və ədaləti təmin etmişdir.