22 C
Baku
05 İyun 2023 / 04:19

Şəhriyar Məmmədyarov Karlsenə qalib gəldi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının üçüncü mərhələsində sonuncu görüşünü keçirib.

Legitim.az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın VII turunda Karlsenlə üz-üzə gəlib. Görüş Məmmədyarovun 2,5:0,5 hesablı qələbəsi ilə başa çatıb.

Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

Related posts

Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Arif Turan

Məsut Özil “Fənərbaxça” ilə 3,5 illik müqavilə bağlayacaq

Arif Turan

Avstraliyalı hücumçu Ronaldo və Levandovskini qabaqlayıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq