12 C
Baku
12 May 2021 / 05:26

Şəhriyar Məmmədyarov finala çıxa bilmədi

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı V mərhələsində finalçılar müəyyənləşib.

Legitim.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. İlk görüşdə uduzan Məmmədyarov ikinci qarşılaşmada 3:0 hesablı qələbə qazanaraq, oyunu tay-brekə daşıyıb. Lakin heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün armaggedon oynanılıb. Burada məğlub olan Məmmədyarov finala çıxa bilməyib.

Nakamuranın finaldakı rəqibi isə Maqnus Karlsen olacaq. Yarımfinalın ilk görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla heç-heçə edən dünya çempionu cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanıb.

Məmmədyarov Aronyanla 3-cü yer uğrunda mabarizə aparacaq.

Çempionlar Turu: “New In Chess”

Yarımfinal, cavab görüşləri

Hikaru Nakamura (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan) – 0:3 (Tay-brekdə – 2:1)

İlk görüş – 3:1

Levon Aronyan (Ermənistan) – Maqnus Karlsen (Norveç) – 1:3

İlk görüş – 2:2

Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.

Related posts

Koronavirus pandemiyası səbəbindən İngiltərə Premyer Liqasının əsasnaməsində dəyişikliklər ediləcək

Arif Turan

“Qarabağın adını bir daha Avropaya səsləndirdik” – Maksim Medvedev

Arif Turan

Azərbaycanlı referi Yunanıstan Super Liqasının oyununu idarə edəcək

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq