23 C
Baku
29 Sentyabr 2022 / 11:10

Rusiyada səfərbərlik çağırışına gedənlərə pul veriləcək

Qismən səfərbərlik çərçivəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin sıralarına çağırılan Rusiya vətəndaşları aylıq azı 205 min rubl (5,699 AZN) alacaqlar.

Bu barədə Yakutiyanın (Saxa Respublikası) hərbi komissarı Aleksandr Avdonin brifinq zamanı bildirib:

“Səfərbərliyə çağırılan bütün vətəndaşlar müqavilə əsasında xidmət edən hərbi qulluqçulara bərabər tutulurlar, vəzifəsindən və hərbi rütbəsindən asılı olaraq eyni miqdarda – 205 min rubldan başlayaraq pul müavinəti alacaqlar”.

Avdonin qeyd edib ki, ilk növbədə hərbi xidmətə üç il əvvəldən çox olmayan müddətdə hərbi xidmət keçmiş, həmçinin hərbi xidmət bacarığı olan gənclər cəlb edilirlər.

Qeyd olunur ki, bölgələr dəstək tədbiri kimi vətəndaşlara əlavə məbləğlər ödəyə bilərlər.

Xatırladaq ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dünən, 21 sentyabr tarixində ölkə ərazisində qismən səfərbərlik elan edib.

Related posts

İsrail vətəndaşlarının bu ölkəyə girişi qadağan edilib

Arif Turan

İtaliyada polis xüsusi əməliyyat keçirib, 55 gürcü kriminal saxlanılıb

Arif Turan

Gürcüstanda koronavirusa yoluxanların sayı 90 min nəfəri ötüb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq