23 C
Baku
29 Sentyabr 2022 / 12:05

Rusiyada səfərbərlik əleyhinə mitinqə çıxan kişilərə çağırış vərəqəsi gəlib – FOTO

Rusiyada səfərbərliyə qarşı etirazlar zamanı saxlanılan kişilərin əksəriyyətinə çağırış vərəqəsi veriblər.

Məlumatı təsdiq edən fotoları sosial şəbəkələrdə aksiyada iştirak edən şəxslər paylaşıblar.

Həmin şəxslərə tibbi müayinədən keçmək üçün hərbi komissarlığa yaxınlaşmaq tapşırılıb. Çağırış vərəqəsini imzalamaqdan imtina edənlər isə cinayət işi ilə hədələniblər.

Xatırladaq ki, dünən – sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.

Putin bəyan edib ki, qismən səfərbərlik tədbiri Rusiyanı, onun suverenliyini, ərazi bütövlüyünü qorumaq və Rusiya xalqının təhlükəsizliyini təmin etmək üçün qəbul edilib.

Bu qərara etiraz edən bəzi Rusiya vətəndaşları ölkənin müxtəlif şəhərlərində səfərbərliyə qarşı etiraz aksiyaları keçiriblər. Təkcə ötən gecə keçirilən aksiyalarda 1 026-dan çox adam saxlanılıb.

Mənbə: Focus.ua

Related posts

Azyaşlı qızlara illərlə təcavüz edən manyak azadlığa buraxıldı

Arif Turan

Hərbi təyyarə qəzaya uğradıBaş Qərargah rəisi öldü – FOTO

Arif Turan

“Quran”ı yandıran partiya lideri Almaniyadan QOVULDU

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq