27 C
Baku
14 İyun 2021 / 13:23

Rusiya xarici işlər naziri bu gün Azərbaycana səfər edəcək

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.

Bu barədə TASS xəbər verib

Qeyd edilir ki, Rusiya xarici siyasət idarəsinin rəhbərinin Qarabağda vəziyyətin müzakirəsi üzrə bir sıra görüşləri planlaşdırılıb. Sergey Lavrov çərşənbə axşamına qədər Azərbaycan paytaxtında qalacaq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanın rəhbərliyi ilə görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyətin geniş dairəsinə baxılması güman edilir.

“Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin praktik aspektlərinə ayrılacaq”, – deyə o qeyd edib.

Sergey Lavrov mayın 5-6-da Ermənistana səfər edib. Rusiyalı nazir Yerevanda erməni həmkarı Ara Ayvazyan və baş nazir Nikol Paşinyan tərəfindən qəbul edilib.

Related posts

“Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəklidə artması danılmaz faktdır” – Kamaləddin Qafarov

Arif Turan

Prezident: “Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi”

Arif Turan

“Ölkəmizdə azəricə danışanlar deyil, türkcə danışanlar var” – Türk milliyətçisindən fars namizədə ETİRAZ

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq