23 C
Baku
28 May 2023 / 23:25

Rusiya ilə ABŞ arasında strateji hücum silahları müqaviləsi ilə bağlı məlumat mübadiləsi dayandırıldı

“Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi çərçivəsində bütün növ məlumat mübadiləsi dayandırılıb”.

Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Bütün bildiriş formaları, bütün formatlar dayandırılıb, bütün təftiş fəaliyyətləri, məlumat mübadiləsi, ümumiyyətlə, müqavilə üzrə bütün növ işlər dayandırılıb, onlar həyata keçirilməyəcək”, – deyə Ryabkov bildirib.

O qeyd edib ki, bu, ABŞ-nin tutduğu mövqedən asılı deyil.

Rusiya XİN rəhbərinin müavini vurğulayıb ki, Vaşinqtonun Moskvaya məlumatlar göndərməyə davam edib-etməməsindən asılı olmayaraq, Rusiyanın müqavilədə iştirakının dayandırılması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Xatırladaq ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, hazırda Rusiyanın ABŞ ilə Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi üzrə heç bir əlaqəsi yoxdur.

Related posts

Dünyanın ən varlı ailələrinin siyahısı AÇIQLANDI

Arif Turan

Saakaşvili məhkəmədə

Arif Turan

Qüdsdə yerli camaat ilə İsrail polisi arasında toqquşma baş tutub

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq