23 C
Baku
28 May 2023 / 23:42

Rasim Məmmədovun yerini “Qala Sığorta” şirkətinin rəhbəri tutdu

“Baku Steel Company”yə yeni baş direktor təyin edilib.  Virtualaz.org-un məlumatına görə, şirkətin KİV-də yayılan bəyanatında bildirilir ki, bu vəzifəni Kamal Mirsahib oğlu İbrahimov tutub.

Bundan əvvəl Kamal İbrahimov “Qala Sığorta” şirkətinin rəhbəri olub.

“Baku Steel Company”nin bəyanatında deyilir ki, şirkət Azərbaycanda və bütün Qafqazda metallurgiya məhsullarının ən böyük istehsalçısıdır. Şirkətdə 1500-ə yaxın əməkdaş çalışır.

“Son günlər şirkətimiz haqqında müxtəlif yoxlanılmamış informasiyaların yayılması ilə əlaqədar bildiririk ki, şirkətə daxil olan bütün müəssisələr adi rejimdə işləyirlər. Zavodlarımız yüksək keyfiyyət standartlarına cavab verən məhsullar istehsal etməkdə davam edir”, – deyə şirkətin bəyanatında bildirilir.

Xatırladaq ki, əvvəllər “Baku Steel Company”yə tanınmış biznesmen Rasim Məmmədov rəhbərlik edirdi. O, külli miqdarda pul mənimsəmə ittihamı ilə həbs edilib.

Related posts

İsmayıllıda gənc oğlan həmyaşıdını qətlə yetirib

Arif Turan

Azərbaycan Ordusunda xidmət edənlərin valideynləri ilə görüşünə qadağa qoyuldu

Arif Turan

Milli Məclis Ali Baş Komandan və Azərbaycan xalqına müraciət edəcək

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq