20 C
Baku
22 May 2022 / 17:48

“Rəis müavini deyirdi ki, boynuna alsan da, almasan da, səni tutduracağıq”

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir

legitim.az APA-ya istinadən xəbər verir ki,  bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov ifadəsini davam etdirib.

Cinayəti boynuna götürməsi üçün işgəncələrə məruz qalmasından söz açan İlkin Süleymanov ifadəsində rayonun keçmiş polis rəisi Şirzad Əsgərov və rəis müavini Şahlar Cəfərovdan danışıb.

O, həbs olunduqdan sonra Şirzad Əsgərov və Şahlar Cəfərovun ona təzyiq edərək, cinayəti boynuna götürməyə məcbur etdiklərini deyib:

“Həm rəis, həm rəis müavini mənə-hədə qorxu gəlirdi. Şahlar Cəfərov deyirdi ki, boynuna alsan da, almasan da, səni tutduracağıq. Məni atamla təhdid edirdilər, cinayəti üzərimə götürməyəcəyim halda onu da gətirib işgəncə verəcəklərini deyirdilər. Sonda işgəncəyə tab gətirə bilməyib təslim oldum”.

O, həmçinin, Bakıya istintaq təcridxanasına gətirilən zaman onu müşayiət edən konvoylara rəis müavini Şahlar Cəfərovun rəhbərlik etdiyini və yol boyu da onu təhqir etdiyini bildirib.

İlkin Süleymanov hadisədən tamamilə xəbərsiz olduğunu və cinayəti törətmədiyini bir daha məhkəmənin diqqətinə çatdırıb.

Proses mayın 18-də davam etdiriləcək.

Related posts

Bakıda mebel sexi yanıb, 1 nəfər xəsarət alıb

Arif Turan

Bakıda həbsxanada ölüm: 62 yaşlı məhkum…

Arif Turan

Neftçalanın sabiq icra başçısı və digər vəzifəli şəxslərin həbs qətimkan müddəti uzadılıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq