23 C
Baku
29 May 2023 / 00:45

Qocaman alim, gözəl həkim, mahir pedaqoq və mehriban dost Fətulla İsmayıl oğlu Əlimərdanov 22 fevral 2023-cü ildə ömrünün 79 yaşında dünyasını dəyişdi.

Qocaman alim, gözəl həkim, mahir pedaqoq və mehriban dost Fətulla İsmayıl oğlu Əlimərdanov 22 fevral 2023-cü ildə ömrünün 79 yaşında dünyasını dəyişdi.

Fətulla Əlimərdanov tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin dosenti, fədakar insan idi. O, bütün həyatını kardiologiya sahəsində sevimli işinə – 55 illik iş təcrübəsinə həsr etmişdir.

Fətulla Əlimərdanov 18 avqust 1944-cü ildə Ordubad şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra o, 1962-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub və 1968-ci ildə universiteti bitirib.

Fətulla Əlimərdanov universiteti bitirən kimi əmək fəaliyyətinə Semaşko adına Bakı şəhəri 1 saylı Klinik Xəstəxanasında başlayıb və 1973-cü ilə qədər orda həkim-terapevt olaraq çalışıb.

1973-1990-cı illərdə Azərbaycan Tibb İnstitutunda assistent vəzifəsində, 1990-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin “I Daxili xəstəliklər və reanimatalogiya” kafedrasında dosent vəzifəsində çalışmışdır.

Fətulla İsmayıl oğlu Əlimərdanov bütün elmi-tədqiqat və tibbi təcrübəsini ürək qüsurlarının aşkar edilməsi, ürək-damar sistemlərinin funksional vəziyyətinin öyrənilməsi, qeyri-dərman müalicə üsulu kimi akupunkturanın neyrosirkulyator distoniya və işemik ürək xəstəliyi olan pasientlərdə differensial istifadəsinə həsr etmişdir.

1989-cu ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1992-ci ildə dosent elmi adına layiq görülmüşdür.

Hər zaman elmi tədqiqat və ictimai işlə məşğul olaraq fəaliyyətinə görə fərqlənmə nişanları və mükafatlarla təltif edilən Fətulla Əlimərdanov bir çox kitab və dərsliklərin müəllifi olub. Onun müəllifi olduğu “Kliniki elektrokardioqrafiya” (I hissə) adlı dərsliyin; “Qazanılmış ürək qüsurları” adlı dərs vəsaiti; “Дифференцированное применение иглорефлексотерапии как средство немедикаментозного метода терапии у больных НЦД и ИБС”; “Влияние сердечных гликозидов и периферических  вазодилататоров на центральную гемодинамику и сократительную способность миокарда у больных ИБС с ранними стадиями сердечной недостаточности”; “Основные приемы интенсивной терапии и реанимации в клинике внутренних болезней”; “Bronxial astma” adlı metodik vəsaitləri geniş oxucu kütləsində, müəllim və tələbələr arasında geniş yayılmışdır.

Həyatda Fətulla Əlimərdanov həmişə dostları və yaxınları arasında incə yumor hissinə malik mehriban bir insan idi.

Azərbaycan elmində əvəzsiz xidmətləri olan təcrübəli müəllim Fətulla İsmayıl oğlu Əlimərdanova sonsuz ehtiram və minnətdarlıq hissi – həyat yolunda onunla işləmək və ünsiyyət qurmaq şansı olan kər kəsin qəlbində əbədi olaraq qalacaqdır.

Allah rəhmət eləsin!

Related posts

Atası onu atdı, arvadı başqası ilə evləndi, nazir fəxri ad vermədi – Rafael Dadaşovun kədərli həyatı

Arif Turan

Azad edilmiş şəhərlərdə Ermənistan işğalının açıq səma altında muzeyi yaradılacaq

Arif Turan

Erməni terroru nəticəsində Azərbaycanın kitabxana-informasiya sahəsinə 20 milyon 815 min ABŞ dolları ziyan dəyib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq