12 C
Baku
12 May 2021 / 06:00

Qırğızıstanda zərər görən obyektlər açıqlanıb

Qırğızıstan-Tacikistan sərhədindəki Batken vilayətində 78 ev yararsız hala düşüb, 30 ev, 2 məktəb, 1 uşaq bağçası, daxili qoşunların bir binası, “Dostuk” sərhəd postu tam yandırılıb, 2 tibb məntəqəsi, 1 milis idarəsinin binası, 3 sərhəd postu, 10 benzindoldurma məntəqəsi, 8 mağaza tamamilə dağıdılıb.

Legitim.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda Qırğızıstan fövqəladə hallar nazirinin müavini Urmatbek Şmırkanov Bişkekdə keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir müavini deyib: “Ortobaz kəndində bir sakinin evinə helikopterdən aviaraket atılıb, ev dağılsa da raket partlamayıb.

Xatırladırıq ki, Qırğızıstan tərəfdən ölənlər 34, Tacikistandan isə 15 nəfərdir. Sərhəddəki qanunsuzluqlarla bağlı 11 cinayət işi açılıb.

Related posts

Abramoviç yəhudi köçünü maliyyələşdirir – Fələstin torpaqlarının işğalına 100 milyon ayırıb

Arif Turan

Türkiyə Ordusunun iki əsgəri şəhid olub, biri isə yaralanıb

Arif Turan

Zaxarova: “Gözlərimizin qarşısında Aİ-nin alçaldılması baş verir”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq