29 C
Baku
01 İyul 2022 / 17:23

Qırğız Respublikasının Prezidenti İlham Əliyevi təbrik etdi

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Legitim.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi qırğız xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasındakı çoxəsrlik dostluq, strateji tərəfdaşlıq münasibətləri və qarşılıqlı dəstək bundan sonra da inkişaf edəcək və xalqlarımızın maraqlarına uyğun yeni üfüqlər açacaqdır.

Məmnuniyyətlə qeyd edirəm ki, bu il dövlətlərarası münasibətlərimizin təməli rolunu oynayan, 1997-ci il aprelin 23-də Bakıda imzalanmış dostluq və əməkdaşlıq haqqında Sazişin 25-ci ildönümü ilə əlamətdardır.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

Related posts

Korotçenko: “Bakı razılıq verməsə, fransızların Qarabağda olması mümkün deyil”

Arif Turan

Prezident İlham Əliyevin İtaliyanın Rai-1 televiziya kanalına verdiyi MÜSAHİBƏ

Arif Turan

Mövlud Çavuşoğlu Bakının işğaldan azad olunması ilə bağlı paylaşım edib: “Eyni ruh və inancla bu gün Azərbaycanla çiyin-çiyinə..”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq