23 C
Baku
29 Sentyabr 2022 / 11:17

“Qarabağ”ın Macarıstana səfər planı açıqlanıb

UEFA Çempionar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarsıtanda “Ferentsvaroş”la qarşılaşacaq “Qarabağ”ın səfər planı bəlli olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, “köhlən atlar” avqustun 8-də Budapeştə yollanacaq. Komanda saat 10:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Macarıstan paytaxtına uçacaq.

Həmin gün Bakı vaxtı ilə saat 20:40-da Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi “Groupama Arena”da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib – 1:1.

Related posts

Azərbaycan əsilli döyüşçü braziliyalı idmançını duelə dəvət edib – FOTO

Arif Turan

DÇ-2022: Final mərhələsinin püşkü atıldı

Arif Turan

Azərbaycan güləşçisi erməniyə qalib gələrək yarımfinala çıxıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq