24 C
Baku
14 İyun 2021 / 11:55

Qadın işçisini döyən məmur SAXLANILIB

Şəmkir rayon Kür qəsəbəsi Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb.

İlkin məlumata əsasən Vazeh Vəliyev öz vəzifə səlahiyyətlərini aşmaqda, tabeliyində çalışan qadına qarşı fiziki təsir göstərməkdə ittiham edilir.

Baş Prokurorluqdan Legitim.az-a bildirilib ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V.Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

Araşdırmalarla V.Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A.Kazımoya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. V. Vəliyev şübhəli şəxs qismində tutulub.

Related posts

Prezident: “Biz Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsindəyik”

Arif Turan

“Ermənistanın Azərbaycandan gələn qaza ehtiyacı yoxdur”-Gözlənilən daşnak nankorluğu…

Arif Turan

Dövlət katibi: “İtaliya işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmalı olduğunu tələb edən BMT qətnamələrini həmişə dəstəkləyib”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq