23 C
Baku
28 May 2023 / 23:45

“Qaçqınkom” sədri: “Ağalı kəndinin 428 sakininin çoxu doğma yurda qayıtmaq istəyir” – FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Dragana Koyiç ilə görüşüb.

Dövlət Komitəsindən bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial inkişaf xətti, o cümlədən məcburi köçkünlərlə iş üzrə dövlət siyasəti haqqında qonağa ətraflı məlumat verilib.

Bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun artırılması istiqamətində mühüm işlər görüldüyü qeyd edilib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərdiyi bildirilib.

Uzun illərdir doğma yurdundan didərgin düşmüş insanların işğaldan azad edilmiş ərazilərə könüllülük, təhlükəsizlik və layiqli həyat şəraitinə təminat prinsipləri əsasında qayıdışına hazırlıq görüldüyü diqqətə çatdırılıb.

Related posts

Salyanda 14 yaşlı oğlan itkin düşdü

Arif Turan

Yanvar ayında Azərbaycanda 10 840 doğum qeydə alınıb

Arif Turan

2137 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi qərara alınıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq