5 C
Baku
07 Fevral 2023 / 10:00

“Qətl cinayətlərinin artmasını Rəşad Dağlı ilə əlaqələndirmək olar”

“Bir neçə gün əvvəl Bakı şəhərində 3 nəfərin, dünən Beyləqanda bir ailənin 4 üzvünün qətlə yetirilməsi, həmçinin ayrı-ayrı şəxslərin də qətlə yetirilməsi ilə əlaqədar hadisələrin artmasını Rəşad Dağlı məsələsi ilə də əlaqələndirmək olar. Cəmiyyətin bu hadisəyə reaksiyası həddən artıq təhlükəli idi”.

Bunu e-huquq.az-a açıqlamasında vəkil Anar Məmişov bildirib.

O qeyd edib ki, qətl hadisələrinə zərərçəkmiş şəxsin kimliyi baxımından yanaşmaq olduqca təhlükəli tendensiyadır: “İctimai qınaq əvəzinə ictimai “təşəkkür” göstərilməsi digər insanların da cinayətkar fəaliyyətə meyl göstərməsinə səbəb ola bilir. Həmçinin Xüsusən “namus cinayətləri” ilə bağlı məlumatlara yazılan şərhlərlə tanış olarkən cəmiyyətin nə qədər təhlükəli vəziyyətdə olduğunu görə bilərik. Bunun üçün ciddi maarifləndirmə işləri aparılmalı, bütün problemlərin sivil qaydada, məhkəmə yolu ilə həllinin mümkünlüyü aşılanmalıdır. Əks halda hələ çox insan həyatının puç olduğunu görməyə davam edəcəyik”.

Related posts

“Sovetski”də sökülən evlərlə bağlı kompensasiyalardan narazı qalanların məsələsi Milli Məclisə çıxarıldı

Arif Turan

“Haber Global”: Körpə qatili Ermənistan hesab verəcək – VİDEO

Arif Turan

SON DƏQİQƏ: Azərbaycanda daha 188 nəfər koronavirusa yoluxdu

Legitim Legitim

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq