3 C
Baku
07 Fevral 2023 / 08:46

Prokurorluğun yüksək vəzifəli əməkdaşları təqaüdə göndərilib

Prokurorluğun yüksək vəzifəli əməkdaşları təqaüdə göndərilib.

Bu barədə Legitim.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Zeynalov Rauf Nurəddin oğlu və Dövlət ittihamının müdafiəsi idarəsində şöbənin böyük prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunu qulluq keçmələrinə xitam verilmələri ilə əlaqədar Baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluğun inzibati binasında qəbul edib.

Qəbul zamanı Rauf Zeynalov “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan yubiley medalı, Müstəcəb Əliyev isə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif etmiş və onlara hədiyyələr təqdim edilib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.

Related posts

Sentyabr ayında Vətən Müharibəsində könüllü iştirak etmək üçün ABŞ-dan Azərbaycana yollanan Hüseyn Məmmədov yaşadığı Nyu-York şəhərinə geri qayıdıb. Qəhrəman hərbçini ailəsi və yaxın dostları Nyu-Yorkun Kennedi hava limanında qarşılayıblar. O, bir neçə ildir ailəsi ilə bərabər ABŞ-ın Nyu-York şəhərində yaşayır. Vətən Müharibəsinin ilk günlərində o, ailəsinə “İstanbula istirahətə gedirəm” deyərək birbaşa cəbhəyə yollanır. H.Məmmədov orduda məxfi hissənin sürücüsü vəzifəsində, kiçik çavuş olaraq xidmət edib. O, Şuşa şəhərinin işğaldan azad olunmasında yaxından iştirakı ilə tanınıb. H.Məmmədov bildirir ki, müharibədə ona ən yaxın yol yoldaşı olan ayaqqabılarını da ABŞ-a gətirib: “Böyük fəxr hissi keçirirəm. O qədər qürurluyam ki, hisslərimi ifadə etməkdə acizəm. Hətta o çəkmələrimi də özümlə gətirmişəm. O torpaqlarda gəzdiyim çəkmələrim indi mənim ən dəyərli əşyamdır”.

Arif Turan

Nazirlikdə yeni təyinatlar (SİYAHI/FOTO)

Arif Turan

PAŞİNYANI DEVİRƏ BİLƏCƏKLƏRMİ? – “Revanşistlər də 10 noyabr sazişindən çıxmayacaqlar”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq