29 C
Baku
01 İyul 2022 / 17:04

Prezident onu Mərkəzi Bank sədrinin birinci müavini təyin etdi

Prezident İlham Əliyev Mərkəzi Bankın İdarə Heyətinin üzvü Rəşad Orucovla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Rəşad Temraz oğlu Orucov Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.

Qeyd edək ki, Rəşad Orucov 1978-ci ildə Bakıda anadan olub.

2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib. Bu ilin may ayında Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heytənin üzvü seçilib.

2019-cu ilin sentyabrında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

Related posts

8 gün komada olan yeniyetmə sağlamlığına qovuşdu

Arif Turan

Oqtay Şirəliyevin oğluna vəzifə verildi – FOTO

Arif Turan

TN: Yanvarın 8-dən şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq